Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, maye qaz daşıyan “Volvo” markalı yük maşını Astara-Şahağacı yolunda aşıb.

İran vətəndaşı 40 yaşlı Seyid Məhəmməd Reyhaninin ürəktutmadan halı pisləşib, nəticədə o, idarəetməni itirərək yoldan çıxıb. Yük maşını aşandan sonra yolun kənarındakı gözəllik salonuna çırpılıb.

Hazırda FHN-in xilasediciləri deformasiyaya uğramış avtomaşının içərisindən sürücünün cəsədi çıxarılaraq təhvil verilib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.