Avtoreyd.Az Hadisə Göygöldə iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

Göygöldə iki maşın toqquşub, 5 nəfər xəsarət alıb


Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

AvtoReyd.Az “Report”-a istinadən verdiyi məlumata, gecə saatlarında Göygöl şəhər ərazisində 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Mahir Ənvər oğlu Qasımovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil 1953-cü il təvəllüdlü Şəmkir rayon sakini Vəkil İbrahim oğlu Vəliyevin idarə etdiyi “Mercedes-Benz”lə avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü və sərnişinlər – 1984-cü il təvəllüdlü Aynurə Hətəm qızı İsmayılova və onun qızı 2012-ci il təvəllüdlü İsmayılova Gülmira, həmçinin qohumu, 1995-ci il təvəllüdlü Əfsanə Niyaz Qızı Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

AvtoReyd.Az

Related Post

Goranboyda ağır qəza: ölən və yaralanan var – VİDEOGoranboyda ağır qəza: ölən və yaralanan var – VİDEO

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Xezerxeber.az-ın məlumatına görə, rayonun Xan Qərvənd kəndində avtomobil yük maşını ilə toqquşub. Minik avtomobilinin sürücüsü, Qızılhacılı kənd sakini, 39 yaşlı Vüqar Xəlifəyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sürücünün həyat yoldaşı, 28