Bavariya federal torpağında yerləşən “BMW” avtokonserninə məxsus zavodda partlayış baş verib.

Trend “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışda 5 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, zavodda sıxılmış qaz balonu partlayıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu, helikopterlə xəstəxanaya aparıldığı bildirilir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.