Mədəni Turizm

Azərbaycanda turizmin yeni növü yaranıb — VİDEO

Azərbaycanda turizmin yeni növü yaranıb. Söhbət kempinq turlardan gedir. Xezerxeber.az-ın məlumatına görə, bu turlarda iştirak edən turistlər otel və ya evlərdə deyil, təbiətin qoynunda çadırlarda qalırlar.

Çadırlar qurulur, qidalar toplanıb hazırlanır, axşam düşəndə ocaq qalanır, yorucu şəhər həyatından uzaq təbiətlə başbaşa istirahətin yeri var.

Azərbaycanda kempinq turizminə maraq artıb. Ekstrim həvəskarları rahat otel otaqlarında yox, təbiət qoynunda, çadırlarda istirahət etməyə üstünlük verirlər.

Ölkəmizdə çox az şirkətlər belə turların təşkili ilə məşğuldur. Belə şirkətlərdən birinin nümayəndəsi qeyd edir ki, kempinq turları əsasən dağ rayonlarında, həmçinin meşə və çay kənarlarında təşkil olunur.

Kempinq zamanı əsasən ətraf ərazilərə yürüşlər keçirilir, oyunlar oynanılır. Kempinq zamanı turistlərin bəzi vacib əşyaları da olmalıdır.

Kempinq turlarında iştirak etmək istəyənlərin ən çox maraqlandıqları və narahat olduqları isə heyvan hücumuna məruz qalmaq kimi ekstrim vəziyyətlərdir. Tur təşkilatçıları deyir ki, ərazilərə əvvəlcədən baxış keçirilir və təhlükəsizlik təmin olunur.

Turlar əsasən yay aylarında təşkil olunur və xidmətlərdən asılı olaraq 1 günlük qiymət 10-50 manat arası dəyişir.

AvtoReyd.Az

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again