Masallı rayonunda avtomaşın yoldan çıxaraq aşıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Masallının Alvadı kəndi ərazisində qeydə alınıb. Masallının Oncaqala kənd sakini, 1969-cu il təvəllüdlü Yusubov İbad Razdağ oğlunun idarə etdiyi “Opel” markalı,  99 BJ 973 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

Nəticədə sürücü və onun həyat yoldaşı, 1974-cü il təvəllüdlü Gülsüm Əfsər qızı Fərəcova ağır xəsarət alaraq Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İ.Yusubovun vəziyyətinin ağır olduğu deyilir.

Fakt araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.