Masallıda bir nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Masallı-Boradigah yolunun Bədəlan kəndi ərazisindən keçən hissəsində olub.

“Opel” markalı 90 BG 265 dövlət nömrə nişanlı avtomobil VAZ-2106 15 BV 998 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində sürücülərdən biri yüngül xəsarət alıb, avtomobillər isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.