Gəncə şəhərində özünü yük qatarının altına ataraq intihar edən qadının şəxsiyyəti məlum olub.

Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, mayın 13-də axşam saatlarında Gəncə şəhər Poçt qəsəbəsi ərazisində özünü dəmiryolu xəttindən keçən yük qatarının altına ataraq intihar edən qadının Şəmkir rayon Seyfəli kənd sakini, 1948-ci il təvəllüdlü, Fərzəliyeva Elmira Çıraqəli qızı olduğu müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.