Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

“VAZ2106” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində avtomobildə olan 3 sərnişin – 1962-ci il təvəllüdlü Afiq Alıyev, 1982-ci il təvəllüdlü Ruslan Əhmədov və 1963-cü il təvəllüdlü Mahir Musayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. A. Alıyev xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.