Bərdə rayonunda sərxoş sürücü qəza törədib.

“Report”un  məlumatına görə, hadisə şəhərin Koroğlu kücəsində qeydə alınıb.

Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi “Toyota – Prado” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“VAZ-2107”-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub.

Qeyd edək ki, “Toyota – Prado” markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir.

Faktla bağlı araşdırmalara başlanılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.