Biləsuvar rayonunda 14 yaşlı piyadanı avtomobil vurub.

AvtoReyd.Az APA-nın cənub bürosunun verdiyi məlumata görə,bildirir ki, hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 2003-cü il təvəllüdlü Zaur Zabil oğlu Məmmədli keçmək istəyərkən onu “Ford” markalı yük avtomobili vurub. Yaralı dərhal yaxınları tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.