Ağdaşda yol qəzası baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 14.00 radələrində Ağdaş-Qəbələ yolunda qeydə alınıb.

Ağdaş rayon Dəhnə kənd sakini, 26 yaşlı Həbişov Valeh Ruzigar oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 32 BC 199 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca və daha sonra hasara çırpılıb. Nəticədə sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.