Mühərrikdə yaranan nasazlıq səbəbindən çimərliyə təcili eniş edən təyyarə 3 nəfərin ölümünə səbəb olub.

Portuqaliyanın Kosta-de-Kaprika çimərliyində baş verən hadisə dünya mətbuatının diqqətini çəkib.

Çimərlik yaxınlığında yerləşən hava limanından uçuşa başlayan yüngül motorlu təyyarə havalandıqdan 5 dəqiqə sonra mühərrikin dayanma səbəbindən təcili eniş edib. Çox sayda insanın istirahət etdiyi çimərliyə enən təyyarə 3 nəfəri əzib.

56 yaşlı kişi və 8 yaşlı qız hadisə yerində dünyasını dəyişib. Xəstəxanaya aparılan qadın da həkimlərin müdaxiləsinə rəğmən həyatını itirib.Publika.az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.