Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReeyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “KaMAZ” markalı yük avtomobili 5 minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

AvtoReeyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.