Lerikdə baş verən ağır avtoqəzada xəsarət alanların kimliyi məlum olub.

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, onlar Rusiyanın Xabarovsk şəhərinin sakini, 1980-cı il təvəllüdlü İrina Suvorova Yuriyevna və Lənkəranın Biryan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadədir. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.Xatırladaq ki,Lənkəran-Lerik yolunun 24-cü km-də “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə avtomaşında olan sərnişin hadisə yerində ölüb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.