Bakının Binəqədi rayonu ərazisində yaşlı qadını “Kamaz” markalı yük maşını vurub.

AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Hacıyeva Nazxanım sürücü tərəfindən taksi ilə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər. Sürücü bildirib ki, yol qaranlıq olub və piyada anidən qarşısına çıxıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində sürücünün izahatı alınıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.