Türkiyənin Qaziantep-Nizip avtomobil yolunda baş verən qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

AvtoReyd.Az “CNNTurk”ə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi dekabrın 5-də səhər saatlarında qeydə alınıb.

Hadisənin yük maşını ilə mikroavtobusun toqquşması nəticəində baş verdiyi bildirilib.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb edilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.