Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, Bakı-Quba yolunun Xırdalan şəhərindən keçən hissəsində “VAZ 2107” markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb.

Hadisə nəticəsində sürücü aldığı ağır kəllə-beyin travması nəticəsində elə yerindəcə dünyasını dəyişib. Onun meyitini maşından FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxarıblar.

İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.