Ötən gecə Bakıda iki avtomobilin toqquşması yanğına səbəb olub. Hadisə metronun ”20-yanvar” stansiyası yaxınlığında qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, ”Mersedes” markalı minik avtomobili ”Vaz-2106” markalı avtomobillə toqquşıub. Güclü zərbə alan ”Vaz” markalı maşın bir qədər kənara gedərək yanmağa başlayıb. Dərhal ətrafda olan şahidlər avtomobildən sürücünü çıxarmağa çalışıblar. Amma buna baxmayaraq sürücü yanıq xəsarətləri alıb. O dərhal xəstəxanaya aparılıb. Əraziyə gələn yanğınsöndürənlər yanan maşını söndürüblər. Məlumata görə, avtomobil yanaraq tamamilə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.