Bakıda nasaz avtomobil qəzaya səbəb olub.

“Report”un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.

Ziya Bünyadov prospektində 99-DD-844 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü körpü üzərində qəza işıqlarını yandıraraq yol kənarında dayanıb. Bu zaman arxadan sürətlə gələn “Daewoo” markalı avtomobil “Mercedes”ə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, “Daewoo” deformasiyaya uğrayıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.