Bakıda avtomobil yol nişanı olmayan quyuya düşüb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, “Azsamand” markalı, “90-PE-640” qeydiyyat nişanlı avtomobil sağa dönmə əməliyyatı edərkən heç bir yol nişanının olmadığı, boru çəkilməsi üçün nəzərdə tutulan, yeni qazılmış quyuya düşüb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidləri  bildiriblər ki, ərazidə quyunun olması barədə heç bir yol nişanı qoyulmayıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.