Fövqəladə Hallar Nazirliyi Qazaxda avtobusla minik avtomobilinin toqquşması barədə rəsmi məlumat yayıb.
AvtoReyd.Az məlumat verir ki, nazirlikdən bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində “Mercedes” markalı sərnişin avtobusu və “Mercedes” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb.



