İranda dünən sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşını toqquşub.

“Mehrnews” bildirir ki, qəza nəticəsində azı 27 nəfər həyatını itirib, 9 sərnişin isə yaralanıb.

Toqquşmadan sonra avtobus yanmağa başlayıb. Hadisə Kürdistan əyalətinin Senendec şəhərində qeydə alınıb.

Baş verən qəza ilə əlaqədar Kürdüstan vilayətində 3 günlük matəm elan olunub.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.