Gündəm

DYP-nin səlahiyyətlərindən biri ləğv edilir — Artıq avtomobillərin texniki baxışını aparmayacaq

Azərbaycanda Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətlərindən biri ləğv edilir. 
AvtoReyd.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqrama əsasən, Nazirlər Kabineti 2019-2021-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi ilə birlikdə nəqliyyat vasitələrinin texniki baxışının təkmilləşdirilməsi, texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini təmin etməlidir.
Eyni zamanda bu müddət ərzində Nazirlər Kabineti Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi sahibkarlar tərəfindən texniki baxışın həyata keçirilməsi qaydasının hazırlanması və bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin müəyyən edilməsini təmin etməlidir.
Qeyd edək ki, hazırda nəqliyyat vasitələrinin texniki baxışının həyata keçirilməsi Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətlərinə daxildir.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again