Nəqliyyat

Pirallahı rayonunda il ərzində üç küçə təmir olunub — FOTO + VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İnvestisiya Proqramına uyğun olaraq, bu il Bakının Pirallahı rayonunda ümumi uzunluğu 4,6 km olan üç küçəni təmir edib.

AvtoReyd.Az Agentliyə istinadən xəbər verir ki, təmir işləri rayonun 2260 metr uzunluğa malik Kamil Rzayev, 1 760 metr uzunluğa malik Yavər Əliyev küçələrində və uzunluğu 580 metr olan 39-cu məhəllənin yollarında aparılıb.

Küçələrdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Təmir işlərinin sonuncu mərhələsi üzrə üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçələr yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again