Çəkdiklərimiz

Sürücüləri bu istiqamətdə diqqətli olmağa çağırırıq

Mütamadi olaraq yol hərəkət qaydalarından danışaraq problemlemli yerləri, qüsurları və digər məsələləri işıqlandırmağı özümüzə borc bilirik.

Bu dəfə izləyicimizin müşaidə edib qeydə aldığı yerdən sizə məlumat verməyi düşündük.

Sürücüləri əsassız olaraq cərimələnməmələri üçün onları «Navahi postu» kimi tanınan yerdən keçərkən diqqətli olmağı tövsiyə edirik. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 98-ci km-də hərəkət edərkən, həmin yolun əks istiqamətində olan Yol Polisi avtomobili sürəti qeydə alıb, sürücüləri əsassız olaraq cərimələyir.

Bakı istiqamətindən gələn avtomobillər qeyd edilən DYP postunu keçəndən sonra, hətta postdan xeyli aralıda quraşdırılan sürət tablosunu ötüb keçəndən sonra, şəhərlərarası yol olduğu üçün orada 90 km/saat sürətlə hərəkət edirlər.

Çünki, Yol Hərəkəti Qaydalarına əsasən şəhərlərarası və yaşayış məntəqələrindən kənarda olan yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etmək qadağan deyil. Yol Polisi isə stasionar postdan xeyli uzaqlaşdıqdan sonra da, uzun məsafəli bir yolda sürət hədinin 60 km/saat olduğunu israr edərək, sürücüləri kütləvi surətdə cərimələyir.

Bu cür əsassız cərimələrə tuş gəlməmələri üçün bütün sürücüləri həmin yolda ehtiyatlı olmağa çağırıram.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu vurğulamağı ununtmadım, odur ki, hörmətli sürücülər adı çəkilən ərazidən keçdikdə xüsusi diqqətli olmağınız tövsiyə edilir.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again