Çəkdiklərimiz

Mərdi-məzarı axtarmaqla deyil ki…

Daimi oxucumuz Rasim Abdullanın başına gələni olduğu kimi sizə təqdim edirik:
Salam hörmətli AvtoReyd! Bu günlərdə rastlaşdığım təhlükəli yol hadisəsini izləyiciləriniz ilə paylaşmaq istərdim ki, ola bilsin oxşar yol nəqliyyat hadisələrinin qarşısını almaqda müəyyən qədər yardımçı olar.

Son günlərdə hava şəraiti ilə bağlı əlaqədar qurumlar sürücülərə bir daha müraciət edib, yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün onlardan ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş etmişdir.

Təəssüf ki, bəzi məsuliyyətsiz sürücülər həm özlərinin həm də digərlərinin təhlükəsizliyini düşünmədən açıq qəza şəraiti yaradır. Bir neçə gün əvvəl  bu cür təhlükəli şəraitlə mən də rastlaşdım. Yağışlı hava şəraitində əks istiqamətdən hərəkət edən avtomobil, qəfil manevrlə bütöv xətti (1.1) keçərək qarşıma çıxdı. Düzdür, vaxtında kəskin tormozlama edərək qəzanın qarşısını aldım. Məncə avtomobilin ABS sistemi işə düşməsəydi bu cür sürüşkən yolda qəzadan yayına bilməzdim. Amma hər şey başqa cür də ola bilərdi. Çünki həmin hadisədən 5-6 dəqiqə sonra avtomobilimin əyləc sistemində nasazlıq yarandığı barədə ekrana xəbərdarlıq gəldi (Mərdi-məzarı axtarmaqla deyil ki..:)).

Bu səbəbdən, məsuliyyətsiz sürücülər, qarşı tərəfin əyləc sisteminə bel bağlamasınlar. Hər xırda qayda pozuntusu həm özlərinin həm də başqalarının sağlamlığına və əmlakına böyük zərər vura bilər.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again