Avtoreyd.Az Hadisə Bakıda avtomobil toqquşmadan sonra alışdı, sürücü yandı – VİDEO

Bakıda avtomobil toqquşmadan sonra alışdı, sürücü yandı – VİDEO


Ötən gecə Bakıda iki avtomobilin toqquşması yanğına səbəb olub. Hadisə metronun ”20-yanvar” stansiyası yaxınlığında qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, ”Mersedes” markalı minik avtomobili ”Vaz-2106” markalı avtomobillə toqquşıub. Güclü zərbə alan ”Vaz” markalı maşın bir qədər kənara gedərək yanmağa başlayıb. Dərhal ətrafda olan şahidlər avtomobildən sürücünü çıxarmağa çalışıblar. Amma buna baxmayaraq sürücü yanıq xəsarətləri alıb. O dərhal xəstəxanaya aparılıb. Əraziyə gələn yanğınsöndürənlər yanan maşını söndürüblər. Məlumata görə, avtomobil yanaraq tamamilə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Related Post

8 zolaqlı yoldan uşaq arabasıyla keçməklə, özünün və övladının həyatını təhlükəyə atan ana (Video)8 zolaqlı yoldan uşaq arabasıyla keçməklə, özünün və övladının həyatını təhlükəyə atan ana (Video)

Avtoreyd.az bildirir ki, Ukraynanın paytaxtı Kiyevdə qadın, uşaq arabasıyla yolun hərəkət hissəsinə çıxıb. Hadisə Kiyev sakinlərindən birinin registratoru tərəfindən qeydə alınıb. Bu addımı atmaqla o, küçənin bir tərəfindən digərinə keçməyə çalışıb.

Bir həftədə 4 ölüBir həftədə 4 ölü

Həftəsonu Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, iyunun 5-6-da avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1

Avtobus aşdı: 50 yaralıAvtobus aşdı: 50 yaralı

Hindistanın Bihar ştatının Navada dairəsində avtobus aşıb. AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 50 nəfər xəsarət alıb. Onlardan 12-nin vəziyyəti ağırdır. Polisin məlumatına əsasən sürücünün idarəetməni itirməsi