AvtoReyd.Az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 000, eni ortalama 6 metr olan adıçəkilən küçənin yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri, yeni yol yatağının və yolun profilə salınması işləri görülüb.

Hazırda ərazidə yeni asfalt-beton örtüyü döşənir, yeni yağış barmaqlıqları quraşdırılır, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılır.

Bu il rayon üzrə təmir olunan küçə və yolların ümumi uzunluğu 12,5 kilometr təşkil edir.