Nəqliyyat

Bakı-Quba yolu açılır

“Bu ilin sonuna kimi Bakı-Quba yolunda, hazırda bərpası aparılan beton yolda işlər yekunlaşacaq”.

 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

 

Qeyd edək ki, bir neçə gün öncə  açıqlama verən millət vəkili Vahid Əhmədov Bakı-Quba yolunun yeniləşən birinci mərhələsi dekabrın 20-də istifadəyə veriləcəyini demişdi. O bildirmişdi ki, bu barədə məlumatı ona Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin müavini Əvəz Qocayev verib. Millət vəkilinin sözlərinə görə, sədr müavini telefon danışığı zamanı ona işlərin böyük sürətlə davam etdiyini və  6 briqada gecə-gündüz, növbəlilik əsasında işlədiyi məlumatını verib.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again